Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kobe Brayantın xanımı əri ilə qızından yazdı - FOTO

Kobe Brayantın xanımı əri ilə qızından yazdı - FOTO

Tarix: 31 Yanvar 2020 08:26

Helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant sosial şəbəkədə paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Kobe və qızı Ciannanın həyatını itirməsinin böyük acı olduğunu və onlarsız yaşamağı təsəvvür etmədiyini bildirib:

"Qızlarım və mən qorxunc dönəmdəyik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik və dualarınız üçün minnətdarıq. Sevgi dolu həyat yoldaşım Kobe və birdənə şirin qızım Ciannanın ölümü ilə yıxıldıq. Həmçinin, bazar günü həmin qəzada həlak olan digər ailələr üçün də üzüldük, acılarını paylaşırıq. İndiki halda acımızı ifadə edəcək bir söz yoxdur. Lakin onların nə qədər çox sevildiyini gördükdə bir az sakitləşirəm. Onlara sahib olduğumuz üçün özümüzü rahat hiss edirik. Ümid edirəm ki, sonsuza qədər bizimlə olacaqlar.

Onlarsız həyatı təsəvvür etmək mümkünsüzdür. Amma hər səhər yuxudan oyanmalı və Kobe ilə Cianna üçün həyata davam etməliyəm. Gigi, yolumuzu aydınlatmaq üçün üzərimizdə parlayacaq. Sevgimiz heç bir şeylə ölçülə bilməz. Onlara bir daha sarılmaq və öpmək istərdim. Sonsuza qədər Kobe və qızımla qalmağı diləyərdim".

Milli.Az


Etiketlər:  Kobe Brayantın xanımı əri ilə qızından yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ