Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan milli komandaları Olimpiya Təsnifat Turnirlərinə hazırlaşır

Azərbaycan milli komandaları Olimpiya Təsnifat Turnirlərinə hazırlaşır

Tarix: 31 Yanvar 2020 13:44

Bakı. Trend:

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları təlim-məşq toplanışını davam etdirir. Yığmamız hazırlığı Abşeron Olimpiya İdman Kompleksində keçir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, kişilərdən ibarət millinin baş məşqçisi Umberto Orta Dominqesin rəhbərliyi altında reallaşan məşqlərdə 20 boksçu iştirak edir. Tailanddakı təlim-məşq toplanışından sonra əsas diqqət taktiki-texniki və fiziki hazırlığa yönəlib.

Qadınlardan ibarət komandamız isə 8 boksçu ilə məşq edir. Baş məşqçi Elbrus Rzayev də yetirmələrinə əsasən funksional hazırlıq keçir.

Hər iki yığma gündə 2 dəfə – səhər və axşam məşq edir.

Qeyd edək ki, təlim-məşq toplanışı Tokio-2020-yə lisenziya xarakteri daşıyan Olimpiya Təsnifat Turnirlərinə hazırlıq xarakteri daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan milli komandaları Olimpiya Təsnifat Turnirlərinə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ