Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 15:52
Bakı. Trend:
“Qədim zamanlardan dillər əzbəri olan məşhur atalar məsəlimiz var: “Çörəyi ver çörəkçiyə, hələ birini də üstəlik”.
Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Nəsimi rayonunun Ağsaqqallar Şurasının sədri Aydın Heydərov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadə haqda fikirlərini açıqlayarkən bildirib.
"İşinin mükəmməl bilicisi olan hər bir insana aid etmək olar bu məsəli. Tanınmış ziyalı, akademik, sayılıb-seçilən dövlət xadimlərindən olan Ziyad Səmədzadəyə də istisnasız və mübaliğəsiz bu məsəli aid etmək mümkündür"- deyən A. Heydərovun sözlərinə görə, çünki həm elm xadimi, həm dövlət xadimi, həm də incəsənətə, yaradıcılığa böyük heyranlığı, vurğunluğu ilə seçiliən bir şəxsiyyət kimi Ziyad Səmədzadə hər zaman və hər yerdə öz sözünü deyib, öz imzasını, öz möhürünü vurub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin