Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 19:44
Keçmiş məhkum Bakı sakinindən hədə-qorxu yolu ilə pul alarkən saxlanılıb.
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.