Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 19:46
"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, "qara qartallar" "Fiorentina"nın qanalı futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürüb. 32 yaşlı yarımmüdafiəçi mövsümün sonundək İstanbul təmsilçisinin formasını geyinəcək. O, bu müddət ərzində 350 min avro qazanacaq.
Qeyd edək ki, K.P.Boatenq bu mövsüm 14 matça çıxaraq 1 qol vurub.