Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 19:54
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında parlament seçkilərində 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.
Sonxeber.net Trend-ə istinadən MSK-nın iclasında bildirilib ki, həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.
MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğunu qənaətinə gəliblər. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəliblər. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, M.Hüseynov eyni zamanda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.