Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb

Tarix: 31 Yanvar 2020 20:00

2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 103,03 faiz artıb və 52,672 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci illə müqayisədə 34,6 faiz artaraq 2,74 milyard dollar təşkil edib.

2019-cu ilin dekabrında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 1,9 faiz artıb və 288,66 milyon dollara bərabər olub.


Etiketlər:  Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ