Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 22:04
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 25-ci turunda "Mançester Siti" ilə oyun öncəsi keçirilən mətbuat konfransında etdiyi hərəkətlə diqqət çəkib.
Qol.az xəbər verir ki, o, konfrans zamanı özünə suallar verməyə və onu cavablandırmağa başlayıb:
— Birinci sual: Transfer pəncərəsi bağlanana qədər yeni bir oyunçunun gəlməsini gözləyirsiniz?
— Birinci cavab: Xeyr. Gəlin, davam edək. Növbəti sual.
— İkinci sual: Cari transfer pəncərəsindən razısınız?
— İkinci cavab: Bəli, razıyam.
— Üçüncü sual: Siz yeni hücumçunu istəyərdiniz?
Bu sualdan sonra isə Mourinyo gülüb.