Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birləşmiş Millət Təşkilatı işçilərinə WhatsApp qadağası

Birləşmiş Millət Təşkilatı işçilərinə WhatsApp qadağası

Tarix: 1 Fevral 2020 08:16

Sosial şəbəkə nəhəngi Feysbukun tərkibində olan və 1,6 milyard aktiv istifadəçisi ilə sektorun ən tanınmış mesajlaşma tətbiqi olan WhatsApp təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq gündəmdədir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, BMT-nin mətbuat katibi Ferhan Hak WhatsApp-dan istifadə edib-etmədiyi sualına belə cavab verib: "BMT-nin yüksək səlahiyyətliləri təhlükəsiz olmaması səbəbilə bu tətbiqdən istifadə etməməyimiz üçün bildiriş göndərib".

Ferhan Hak göstərişin 2019-cu ilin iyul ayında göndərildiyini bildirib.

Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Amazon şirkətinin sahibi Ceff Bezosun WhatsApp şifrəsini qırdıraraq telefonundakı məlumatları ələ keçirdiyi haqqında iddialı məlumatlar yayılmaqdadır.


Etiketlər:  Birləşmiş Millət Təşkilatı işçilərinə WhatsApp qadağası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ