Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 09:56
Ölkəmizi ardıcıl 6-cı dəfə Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın daha 4 potensial rəqibi müəyyənləşib.
Qol.az xəbər verir ki, görə, ÇL-ə son vəsiqə qazananlardan "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa) və "Sutyeska" (Monteneqro) səpələnməmişlərin sırasına düşüb. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən "Valletta"nın da artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib.
Bu isə o deməkdir ki, adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətindən yer alacaq "Qarabağ"a rəqib ola bilər.
Artıq Ağdam təmsilçisinin 16 potensial rəqibindən 13-ü məlumdur.
Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).
Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).
Qeyri-müəyyənlər: "Suduva" (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.