Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziyil nədən yaranır və necə müalicə olunur?

Ziyil nədən yaranır və necə müalicə olunur?

Tarix: 1 Fevral 2020 21:45

Dəridə, bədənin müxtəlif hissələrində yayılan ziyillər əhali arasında ən geniş yayılan dəri problemlərindən biridir. Çox zaman əhəmiyyət verilməyən ziyillər illərlə mövcud olur, bəzənsə qəflətən itə bilir. Bir çoxları isə ziyilləri ənənəvi üsullarla "müalicə etməyə" çaılışırlar.

Bəs ziyil nədir və ona münasibət necə olmalıdır?

Sonxeber.net e-tibb.az-a istinadən bununla bağlı dermatoneveroloq, uzman həkim Mehdi İskəndərlinin fikirlərini təqdim edir:

Ziyil dərinin viris mənşəli xoşxassəli törəməsidir. Bu dəri xəstəliyi HPV (human papilloma virus) virusları tərəfindən törədilir. Ziyillər istənilən yaşda və dərinin istənilən nahiyyəsində yarana bilər.

Uşaqlarda ziyillər əsasən əl barmağının uclarında, dırnaq ətrafında və ayaqların altında yaranır. Eyni nahiyyələrdə ziyillər böyüklərdə də meydana gəlir. Həm qadınlarda, həm də böyüklərdə ziyillər cinsiyyət bölgəsində yəni genital bölgədə meydana gələ bilər. Bu cür ziyillər cinsi yolla keçən dəri xəstəlikləri qrupuna aid edilir. Onlara papilloma da deyilir. Lakin, papilloma termini umumi bir termindir. Papilloma tərzində meydana gələ dəri törəməsi çoxdur. Ət xalları da papilloma tərzində özünü göstərir. Lakin ziyillərdən fərqli olaraq ət xalı virus mənşəli deyil. Buna görə də ziyilərin müalicəsi ilə ət xallarının müalicəsi bir qədər fərqlənə bilər.

Ziyilləri müalicəsi çox mürəkkəb bir prosesdir. Burada standart bir prosedur qaydası yoxdur. Ziyillərin müalicəsi xəstənin yaşından, ziyillərin sayından, klinik formasından, ölçüsündən, yerləşdiyi nahiyyədən və s. kimi parametirlərdən asıldır. Ona görə ziyillərin ləğvi və üsulu xəstə müayinəsindən sonra seçilir. Ziyillərin ləğvi əsasən yandırılma üsulu ilə aparılır. Yandırılma üsulunun isə çox növü vardır. Kimyəvi maddələrlə yandırmaq yəni losionlar və məhlularla ziyillərin yandırılması əsasən uşaqlarda istifadə edilir. Böyüklərdə isə ziyillərin ləğvi maye azot və ya krioterapiya üsulu aparılır. Genital bölgənin papillomalarını maye azotla yandırılması məqsədəuğyğundur. Krioterapiya üsulu ağrısız və təhlükəsiz üsul hesab edilir. Prosedurdan öncə ziyillərin lokal anesteziyasına belə ehtiyac duyulmur. Proses qısa çəkir. Ziyillərin müalicəsi üçün bəzən kremlərdən də istifadə edilir. Lakin daxilə tabletlər, iynələr, sistem qoşulması demək olar ki, istifadə edilmir. Ziyilin müalicəsində ana xətt lokal terapiyalardır. Bu xəstəlik tam müalicə edilir. Ziyildən əziyyət çəkənlər ümidsiz olmamalıdırlar.


Etiketlər:  Ziyil nədən yaranır necə müalicə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ