Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 09:16
Tanzaniyanın cənub-şərqində Lindi vilayətində baş verən daşqınlar nəticəsində 21 nəfər həlak olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yerli "İTV" kanalı məlumatında bildirib: "Lindi bölgəsində ölənlərin sayı 21 nəfərə çatıb. Kilva əyalətində hələ də köməyə ehtiyacı olan 500 nəfər var. Daşqınlardan əziyyət çəkən insanlara yardımlar hərbi helikopterlər vasitəsilə edilir".
Qeyd olunub ki, çayların daşması nəticəsində baş verən daşqınlara görə 15 min tanzaniyalını evsiz qalıb.