Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''West Ham''də yeni transferlər

''West Ham''də yeni transferlər

Tarix: 2 Fevral 2020 14:36

"West Ham" heyətini yeni futbolçularla gücləndirib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Hull City"dən Carrod Bouenlə "Slava Praga"dan Tomaş Souçeki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi olan Bouenlə 5,5 illik müqavilə imzalanıb. "West Ham" bu transfer üçün 21,3 milyon avrosundan keçib.

Çexiya yığmasının üzvü olan Souçek də yarımmüdafiəçidir. 24 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Londonlular onun transfer hüquqlarını yayda alacaq.

Ölkəsinin millisində 20 oyun keçirib, 3 qol vuran Souçek, bir ara "Viktoria Jijkov" və "Slovan Liberets" klublarında da icarədə oynayıb.


Etiketlər:  West Hamdə yeni transferlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ