Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sən məni izləmirsənsə, mən niyə səni izləyim?''

''Sən məni izləmirsənsə, mən niyə səni izləyim?''

Tarix: 2 Fevral 2020 18:00

Müğənni Bahar Lətifqızı ilə aparıcı Vüsalə Əlizadə arasında anlaşılmazlıq baş verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Bahar Vüsalənin aparıcısı olduğu "7 canlı" verilişində qonaq olub və sosial şəbəkələr haqqında "İnstaqram dostları bizdən uzaqlaşdırıb" sözlərini deyib.  

Bu zaman aparıcı "Düzdür, bir söz də deyən kimi, deyirlər ki, görürəm də səni" sözləri ilə ifaçıya dəstək olub.

Daha sonra Vüsalə üzünü Bahara tutaraq "Amma sən məni görmürsən, çıxartmısan məni dostluqdan. Mən də o gün səni çıxartdım. Dedim, xeyir ola, sən məni izləmirsənsə, mən səni niyə izləyim?!" deyərək müğənnini pərt edib.

Lətifqızı isə məsələdən xəbərdar olmadığını və İnstaqram səhifəsini çox vaxt bibisi oğlunun idarə etdiyi bildirib.


Etiketlər:  Sən məni izləmirsənsə mən niyə səni izləyim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ