Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 10:46
FİFA dərəcəli referimiz Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 22-ci turunun “Panatinaikos” - PAOK matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qol.az xəbər verir ki, Ağayev görüşdə bir penalti və iki sarı vərəqə
göstərib. O, qarşılaşmanın 49-cu dəqiqəsində PAOK-un qapısına penalti təyin
edib. Bununla yanaşı, Əliyar Ağayev matçın 58-ci dəqiqəsində PAOK-un oyunçusu
Dmitri Limniosa və ev sahibi komandanın üzvü Antos Pounqorasa sarı vərəqə
göstərib.