Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yaydı

Tarix: 3 Fevral 2020 16:00

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bəyanat səfirliyin "Facebook" səhifəsində yerləşdirilib.

Qeyd olunur ki, ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir:

"Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda Çində olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində Çinə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik".

Milli.Az


Etiketlər:  ABŞ Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ