Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 21:08
"Milan" A seriyasının 22-ci turunda "Verona" ilə qarşılaşıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində "Milan"ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.
Onun meydana daxil olması "Milan" üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə "Milan"ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Paolonun oğlu, Çezeranın nəvəsidir.
Baba və ata Maldinilər "Milan"ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər ikisi "Milan"ın kapitan sarğısını daşıyıblar.
Daniel 2000-ci ildən sonra doğulanlar arasında "Milan"ın heyətində meydana çıxan ilk futbolçudur.