Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 21:45
Millimizin qrossmeysteri Şəhriyar Məmmədyarovun Cəbəllütariqdə keçirilən "Gibraltar Masters" turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırması barədə xəbər vermişdik.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, şahmatçımız durumu ilə bağlı feysbuk hesabında paylaşım edib.
Şəhriyar bildirib ki, allergik xəstəliyinə görə yarışı davam etdirə bilməyib: "Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".