Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan milli komandaları mövqeyini qorudu - Reytinq

Azərbaycan milli komandaları mövqeyini qorudu - Reytinq

Tarix: 3 Fevral 2020 22:20

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb.

Qol.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb.

Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.

Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdür.

Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidir. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.

Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.

 


Etiketlər:  Azərbaycan milli komandaları mövqeyini qorudu Reytinq


RƏYLƏR