Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı rejissor Oliver Stone, ABŞ-ın ''şər güvvəsinə'' çevrildiyini düşünür

Amerikalı rejissor Oliver Stone, ABŞ-ın ''şər güvvəsinə'' çevrildiyini düşünür

Tarix: 4 Fevral 2020 07:46

Dünya şöhrətli rejissor hesab edir ki, ABŞ-ın dünyada nüvə müharibəsi təhlükəsi yaradır və ölkədə nüvə silahının inkişafı təcavüzün təzahürüdür.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, O.Stoun deyib: "Biz şər bir imperiyayıq. Biz həddimizə çatmışıq, bəşəriyyət tarixinə dağıdıcı təsir bağışlayırıq. Təəssüf hissi ilə olsada bunu deməliyəm (ölkəmi sevdiyimə görə!). Şər qüvvəsinə çevrildik. İnsanlar üçün, islahatlar, hər şeyi dəyişdirmək istəyənlər üçün pis bir güc olduq. Bu bizə bumeranq olaraq qayıdacaq. Dünyada tarixi bir qüvvə var".

Rejissor ABŞ-dakı korrupsiyanın səviyyəsini qeyd edərək, dünyanın digər ölkələrinə nisbətən daha yüksək olduğunu söyləyib. Bununla yanaşı, Stoun əmindir ki, mövcud vəziyyət onun dövlətinin bir çox vətəndaşını qane etmir, lakin ABŞ-dakı mövcud seçki sistemi səbəbindən vəziyyətə təsir göstərmək çətindir. Onun fikrincə, fərdi səsin bu sistemdə heç bir təsiri yoxdur.

Oliver Stoun "Wall Street: Money Never Sleeps", 2010 (Pullar heç vaxt yatmır), " World Trade Center, 2006" (Əkiz Qüllələr), " JFK", 1991 (Jon F. Kennedi: Dallasda atəş), " Platoon", 1986 (Tağım) kimi məhşur filmlərin rejissorudur. Üç dəfə "Oskar", eyni zamanda Berlin və Venesiya film festivallarında bir sıra mükafatlara layiq görülüb.


Etiketlər:  Amerikalı rejissor Oliver Stone ABŞ şər güvvəsinə çevrildiyini düşünür


RƏYLƏR