Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 08:08
ABŞ ilə Çin arasında yaşanan iqtisadiyyat müharibəsindən ən çox zərər çəkən Huawei olmuşdu. Google ilə arası pozulan şirkət tamamilə öz ekosistemini qurmağa fokuslanmışdı. Google Mobil Servisləri yerinə yaxın aylarda Huawei Mobil Servisləri işə salındı. Sonxeber.net technote.az-a istinadən bildirir ki, Huawei rəsmilərindən olan Fred Wangfei, Huawei şirkətinin Google servislərinə qayıtmayacağını bildirdi.
Rəsmilər həmçinin bildirir ki, Huawei şirkəti ABŞ bağlılığından tamamilə azad olmaq istəyir və bu səbəbdən iOS/Android rəqibi olaraq 3-cü bir ekosistem yaratmaq istəyirlər. Wangfei bildirir ki, 4000 nəfərdən ibarət tərtibatçı komandaları hesabın ən əsas 60 APİ-dən 24-ünün alternativini hazırlaya biliblər. Qeyd etdiklərinə görə Play Store alternativi olan App Galery-də Facebook və WhatsApp kimi ABŞ əsaslı tətbiqləri görməkdən məmnun olacaqlar.
Hal-hazırda ABŞ ilə işləməsi qadağan olan Huawei, Avropada bu işi üstlənə biləcək yeni şirkətlər axtarışındadır. Yeni sistem və yeni servislər olması səbəbilə Huawei-in satışları ilk zamanlar azala bilər. Lakin uzun müddətdə güclü rəqibə çevrilə bilərlər.