Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Forsaj-9”da hadisələr Azərbaycanda baş verəcək - VİDEO

“Forsaj-9”da hadisələr Azərbaycanda baş verəcək - VİDEO

Tarix: 4 Fevral 2020 08:48

Dünyaca məşhur "Forsaj" filminin 9-cu seriyasında hadisələrdən biri Azərbaycanda baş verəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Oyeyeah.com" saytında yazılıb.

"Londondan Tokiyoyadək, Mərkəzi Amerikadan Edinburqadək və Azərbaycandakı gizli bunkerdən Tbilisinin səs-küylü küçələrinədək. Yolda köhnə dostlar diriləcək, köhnə düşmənlər qayıdacaq, tarix yenidən yazılacaq...", - ekran işi barədə qeyd olunub.

"Forsaj 9"un süjeti açıqlanmır. Filmin yeni hissəsinə Vin Dizel, Mişel Rodriqes, Natali Emmanuel, Cordana Brüster, Tayriz Qibson, Ludakrisin hər kəsə tanış qəhrəmanları qayıdacaq, Maykl Ruker, Con Sina və Anna Savayın ifasında yeni personajlar qatılacaq. Şarliz Teron yenidən Sayfer, Helen Mirren isə növbəti dəfə Dekard (Ceyson Steytem), Ouen (Lük Evans) və Hettinin (Vanessa Kirbi) anası Maqdalena Şou rolunu canlandıracaq.

Ekran işinin dünya premyerası mayın 20-də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl "Forsaj-7"də film qəhrəmanları Azərbaycanda olmuşdu. Lakin "Qafqaz dağlarında təqib" hissəsinin çəkilişləri Azərbaycan dağlarında yox, Koloradoda baş tutmuşdu.

Milli.Az


Etiketlər:  Forsaj hadisələr Azərbaycanda baş verəcək VİDEO


RƏYLƏR