Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 11:54
Bakıda koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çin vətəndaşının karantin müddəti başa çatıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, yanvarın 27-də koronavirusdan şübhələnərək 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan 1996-cı il təvəllüdlü Zhenghai Liu Yousha bu gün evə buraxılıb.
Xatırladaq ki, Zhenghai Liu Yousha Bakı Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kursunda amerikaşünaslıq ixtisası üzrə təhsil alır. O, bu il yanvarın 27-də koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edərək karantinə götürülüb. Zhenghai Liu Youshada virusun əlamətləri aşkar edilməyib.