Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 21:20
Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.
Qol.az xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün Feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib: "Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi”.
Qeyd edək ki, Adil Əliyev və vitse-prezidenti Güloğlan Cabbarov deputatlığa namizəddir.