Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 14:42
Bakı. Trend:
05 fevral 2020-ci il tarixində Buzovna qəsəbəsi Albalılıq ərazisində Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin 9 fevral Parlament seçkilərində səs verəcək seçiciləri ilə görüşü keçirildi.
Trend-in məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak və çıxış etdi.
Deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində seçiciləri ona səs verməyə çağırdılar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin