Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Falkao "Qalatasaray"dan ayrıla bilər

Falkao

Tarix: 5 Fevral 2020 19:30

Zədələr səbəbiylə "Qalatasaray"da kifayət qədər şans qazanmayan Radamel Falkao karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Əl-Əhli" klubu 33 yaşlı hücumçunu transfer etmək istəyir. Digər hücumçusu Bafetimbi Qomislə yeni müqavilə imzalamağı düşünməyən klub, Falkao üçün "cim-bom"a 12 milyon avro təklif edib.

Keçən ilin yayında "Qalatasaray"a keçən kolumbiyalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Falkao Qalatasaraydan ayrıla bilər


RƏYLƏR