Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pul köçürmələrini və onlayn alış-verişi WhatsApp üzərindən həyata keçirmək mümkün olacaq?

Pul köçürmələrini və onlayn alış-verişi WhatsApp üzərindən həyata keçirmək mümkün olacaq?

Tarix: 5 Fevral 2020 22:12

Feysbuk şirkətinin rəhbəri Mark Zuckerberg  WhatsApp-dan  qazandıqları gəlirləri artırmaqla bağlı yeni planlarlarını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, o,  Hindistanda aktiv istifadə edilən WhatsApp Pay tətbiqini inkişaf etdirməyi hədəfləyir.

Şirkət rəhbəri platforma üzərindən pul transferinin foto və video göndərmək qədər rahat olması istiqamətində çalışdıqlarını deyib.

Onun sözlərinə görə, Feysbuk komandası WhatsApp üzərindən alış-veriş imkanlarının yaradılması üzərində də işləyir. Bu xidmətlə istifadəçilər mağazaların məhsul kataloqlarından WhatsApp üzərindən alış-veriş edə biləcək.

Bununla da WhatsApp-da bu satınalmalar üçün komissiya alınacaq.

Onu da əlavə edək ki, hazırda 1 milyarddan çox WhatsApp istifadəçisi var

Milli.Az


Etiketlər:  Pul köçürmələrini onlayn alış verişi WhatsApp üzərindən həyata keçirmək mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ