Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 06:02
06:00
Çində yeni növ koronavirusa 28018 insan yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni növ virusa yoluxanlardan ölənlərin sayı 563 nəfərə çatıb.
Daha əvvəl 27,4 min nəfərin virusa yoluxdğu bildirilirdi.
Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.
-----------
03:11
Çində yeni növ koronavirusa 27,4 min insan yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni növ virusa yoluxanlardan ölənlərin sayı 562 nəfərə çatıb.
Daha əvvəl 24,3 min nəfərin virusa yoluxdğu bildirilirdi.
Yalnız Hubey əyalətində yeni növ koronavirusdan 549 nəfər ölüb, 19665 nəfər isə virusa yoluxub.
Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.
----------
02:41
Çinin Hubey əyalətində yeni növ koronavirusdan daha 70 nəfər ölüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə regional səhiyyə komitəsindən bildiriblər.
Bildirilir ki, ölənlərin sayı 549 nəfərə, yoluxanların sayı isə 19665 nəfərə çatıb.