Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp impiçmentlə əlaqədar açıqlama verəcək

Tramp impiçmentlə əlaqədar açıqlama verəcək

Tarix: 6 Fevral 2020 09:00

ABŞ prezidenti Donald Tramp Senatda impiçment proseduru üzrə bəraət qazanması barədə fevralın 6-sı açıqlama verəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp impiçment prosesində qələbəsi ilə bağlı bəyanatı yerli vaxtla saat 12:00-də verəcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin Senatı ölkə prezidenti Donald Trampa impiçment proseduru çərçivəsində ittihamın hər iki bəndi üzrə bəraət qazandırıb.

İlk maddənin lehinə 48, əlehinə - 52 senator, ikinci maddənin lehinə 47, əlehinə isə 53 senator səs verib.

Beləliklə, impiçment prosesi başa çatıb.

Milli.Az


Etiketlər:  Tramp impiçmentlə əlaqədar açıqlama verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ