Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 09:12
2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180,628 milyon dollar artaraq 2,033 milyard dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2019-cu ilin 12 ayı ərzində Türkiyənin Azərbaycana ixracı 1,639 milyard dollar, Azərbaycandan idxal isə 394,756 milyon dollar olub.
2019-cu ilin dekabrında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74,087 milyon dollar artaraq 235,485 milyon dollar təşkil edib.
2019-cu ilin dekabr ayında Türkiyənin Azərbaycana ixracı 194,206 milyon dollar, Azərbaycandan idxal isə 41,279 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ilin noyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 33,713 milyard dollar olub.
Bu dövr ərzində ixrac 2018-ci ilin dekabrı ilə müqayisədə 6,4 faiz artaraq 14,694 milyard dollara çatıb, idxal isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artaraq 19,019 milyard dollar olub.
2019-cu ildə Türkiyənin xarici ticarət dövriyyəsi 374,236 milyard dollara bərabər olub.
Hesabat dövründə ixrac 2018-ci illə müqayisədə 2,1 faiz arataraq 171,531 milyard dollar, idxal 9,1 faiz azalaraq 202,705 milyard dollar təşkil edib.