Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 12:28
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 35 illik yubileyi münasibəti ilə "A Bola" nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibə zamanı bildirib ki, uşaq vaxtı 35 yaşında balıqçı olacağını düşünüb:
"Uşaq vaxtı düşünürdüm ki, 35 yaşım olanda Madeyrada balıq tutacağam. Belə yerlərdə oynayıb, bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi".
Portuqaliyalı hücumçu altıncı Çempionlar Liqasını qazanmaq imkanın da olduğu söyləyib: "Yuventus"da bunu edə bilərəm. Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik".