Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kruiz laynerində koronavirusa yoluxanların sayı iki dəfə artdı - FOTO

Kruiz laynerində koronavirusa yoluxanların sayı iki dəfə artdı - FOTO

Tarix: 6 Fevral 2020 15:10

Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan "Diamond Princess" kruiz gəmisində həkimlər 20 nəfərdə koronavirusa yoluxma halı qeydə alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin saytında bildirilib.

Rusiyanın Yaponiyadakı səfirliyinin məlumatına əsasən, laynerdə 24 Rusiya vətəndaşı var. Onlar arasında yoluxma halı qeydə alınmayıb.

Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Onların hər biri 14 gün müddətinə kayutlarında karantində qalacaqlar.

Xatırladaq ki, sərnişinlərdən birində dəhşətli virus aşkarlandıqdan sonra "Diamond Princess" Yaponiya sahillərində lövbər atıb. Ötən gün 10 nəfərdə diaqnoz təsdiqlənmişdi.

Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. Bundan başqa, 1153 nəfər virusdan sağalıb. 28 018 nəfərdə isə virusa yoluxma aşkar olunub. 


Etiketlər:  Kruiz laynerində koronavirusa yoluxanların sayı dəfə artdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ