Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ata qızı tərəfindən bıçaqlanıb? - AÇIQLAMA

Bakıda ata qızı tərəfindən bıçaqlanıb? - AÇIQLAMA

Tarix: 6 Fevral 2020 18:00

Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması haqda yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Sonxeber.net xəbər verir ki, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev qafqazinfo-ya açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib. 

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.


Etiketlər:  Bakıda qızı tərəfindən bıçaqlanıb AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ