Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 21:16
Koronavirusun bütün qəzetlərin başlıqlarında əsas yer tutduğu bir vaxtda amerikalılar arasında mövsümi qrip ciddi və öndə gedən xəstəlik kimi heç də ondan geri qalmır.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bəyanatında bildirilir.
"FluView" agentliyinin bu gün dərc edilən son hesabatında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri qeyd edirlər ki, bu mövsüm 19 milyondan çox qripə yoluxma halı müşahidə olunub. Bunlardan 180 mini pasiyentlərin xəstəxanalara yatırılması ilə nəticələnib. Bu günədək 10 min insan, o cümlədən 68 uşaq adi qripin qurbanı olub.
Bütün ölkə üzrə ölüm hallarının 6,7 faizi pnevmoniya və ya qriplə bağlı xəstəliklər nəticəsində əmələ gəlib. Bu, agentlik tərəfindən 7,2 faiz müəyyən edilən "epidemik həd"dən hansısa dərəcədə hələ aşağıdır.
Bununla yanaşı, Kolumbiya dairəsi, Nyu-York və Puerto-Riko, həmçinin 41 ştat (ötən həftə 37 ştatla müqayisədə) qripin getdikcə yayılması barədə xəbər veriblər.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin nümayəndələri qeyd ediblər ki, bütün ölkə səviyyəsində bu günədək testdən keçirilmiş virus nümunələrinin təxminən 60 faizi qripin daha ağır növü hesab edilən "B" tipli qrip virusu olub.