Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 12:10
"Beşiktaş" klubu bir neçə xarici klubla əməkdaşlıq etməyə hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, həmin ölkələrdən biri də Azərbaycandır.
İstedadlı gənc futbolçularının son vaxtlar qısa müddətdə aşağı liqalara yollanıb, orada da yoxa çıxmalarından narahat olan İstanbul təmsilçisi bunun qarşısını almaq üçün yeni sistem qurmaq niyyətindədir. "Ağ-qaralar" həmin gəncləri Monteneqro, Kosovo, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina kimi ölkələrin yüksək liqa klublarına icarəyə verməyi planlaşdırırlar. Həmçinin həmin komandalarla oyunçu dəyişikliyi də planlaşdırılır.
"Beşiktaş" rəhbərliyi ilk mərhələdə Ərsin Dastanoğlu, Oğuzhan Akgün, Kərəm Kalafat, Oğuzhan Aydoğan, Ərdoğan Kaya və İlkay İşlər kimi gələcək vəd edən gənclərini oyun praktikası toplaması üçün adıçəkilən ölkələrin çempionatlarına yollamaq niyyətindədir.
Klubun İdarə Heyətinin üzvü Fırat Fidan danışıqların davam etdiyini və bir il müddətinə oyunçu dəyişiklikləri etməyi düşündüklərini söyləyib.