Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb - VİDEO - FOTO

Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb - VİDEO - FOTO

Tarix: 8 Fevral 2020 08:50

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.

O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M. Bəşirov polis əməkdaşları tərəfindəb saxlanılaraq polis bölməsinə aparılıb.

Mağaza sahibi Həsən Hüseynov bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Etiketlər:  Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ