Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aldıqları turbaların pulunu verməmiş başqasına satdılar

Aldıqları turbaların pulunu verməmiş başqasına satdılar

Tarix: 8 Fevral 2020 10:14

Ağdam rayonu Quzanlı qəsəbə sakini Abbas Sadıqov dələduzluğa məruz qaldığını deyir.

Sonxeber.net xəbər verir ki, ikinci qrup Qarabağ əlili olan şəxs "Qafqazinfo"ya şikayətində hətta polisin dələduzlarla əlbir olduğunu iddia edib:

"Noyabrın 26-da birinin dəyəri 85 manat olan 80 ədəd "asinkovu" turbaları satmaq üçün Şəmkir rayonu Kür qəsəbəsinə apardıq. Bu zaman Namiq və Sabit adlı iki şəxs bizdən turbaları alaraq qısa müddətə pulu ödəyəcəklərini bildirdilər. Bizim çayxanada ödənişi gözlədiyimiz müddətdə malımızı daha ucuz qiymətə başqa birinə satıb qaçıblar. Mənə dəyən ümumi zərər 6800 manatdır.

Hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət etdik. Polis rəisi Elnur Həsənov dələduzluq olunduğunu, ancaq polisin bir şey edə bilməyəcəyini, cinayət işi olmadığını söylədi. Daha sonra, prokurorluğa müraciət etdik, onlar da işin baş prokurorluğa göndərildiyini bildirdi.

Qarabağ əliliyəm, səhhətim yaxşı deyil. Həmin turbaları satıb ayağımı müalicə etdirəcəkdim. Ancaq kimə müraciət edirəmsə, məsələyə baxılmır. Polisin dələduzlarla əlbir olduğunu düşünürəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı "Qafqazinfo"ya bildirib ki, həqiqətən də Abbas Sadıqov Şəmkir rayon polis şöbəsinə müraciət edib və bir neçə dəfə rəisin qəbulunda olub. Ona bildirilib ki, iş mülki xarakterli olduğundan müvafiq instansiya məhkəməsinə müraciət etməlidir.


Etiketlər:  Aldıqları turbaların pulunu verməmiş başqasına satdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ