Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fevralın 10-da məktəblərdə dərslər olacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Fevralın 10-da məktəblərdə dərslər olacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Tarix: 8 Fevral 2020 11:20

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

"Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu kimi keçiriləcək".

Qeyd edək ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.

Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bununla əlaqədar paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müraciət edib.

Müraciətdə əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilib.

Milli.Az


Etiketlər:  Fevralın 10 da məktəblərdə dərslər olacaq Təhsil Nazirliyindən AÇIQLAMA


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ