Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzada ölən qadınların üçü də yanaşı oturubmuş... - FOTO

Qəzada ölən qadınların üçü də yanaşı oturubmuş... - FOTO

Tarix: 8 Fevral 2020 12:40

İstanbulda qəzaya düşən sərnişin təyyarəsində həlak olan 3 qadından biri də Alev Gençoğlu olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onu bu ölümə belə demək olarsa, təsadüflər aparıb. Belə ki, əvvəlcə İstanbula aldığı biletinin vaxtını dəyişən qadın daha sonra da təyyarədəki yerini 11-dən hava gəmisinin parçalandığı hissəyə, yəni 6-cı sıraya dəyişib. 

Mühasib olan Gençoğlunun bir müddətdir ki, təqaüdə çıxdığı bildirilir. Dünən dəfn edilən qadının pilot qardaşı onunla son söhbətini belə xatırlayır:

"Mən ona İstanbulda həkimə getməsini tövsiyə etsəm də, tanıdığı həkimin İzmirdə olduğunu dedi. Geriyə bilet saat 21:00-a idi. Ancaq bacım işi tez bitdiyi və axşam qar yağacağı üçün biletini 17:00-a dəyişdi. Gecəyə qalmaq istəmirdi".

Xatırladaq ki, fevralın 5-də "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) həyatını itirib, 179 nəfər xəsarət alıb.

Qeyd edək ki, qəzada ölən üç qadının da yanaşı əyləşdiyi bildirilir.

Zehra Bilgi Koçar

Songül Bozkurt


Etiketlər:  Qəzada ölən qadınların üçü yanaşı oturubmuş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ