Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 19:00
Koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu günədək yeni virusa 34 939 nəfər yoluxub, onlardan 300 nəfərdən çoxu Çin xaricində qeyd alınıb.
Yoluxanların böyük əksəriyyəti, 25 min nəfər Hubey əyalətində yaşayır.
Son məlumatlara əsasən, 725 nəfər koronavirusun qurbanı olub, 2,2 min nəfərdən çox xəstə isə sağala bilib.