Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 23:36
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard (Christine Lagarde), aşağı faiz və inflyasiya mühitinin AMB üçün hərəkət sahəsini əhəmiyyətli ölçüdə daraltdığını söyləyib.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, Kristin Laqard, "Bu aşağı faiz və inflyasiya mühiti, böhran (iqtisadi geriləmə) ilə qarşı-qarşıya qalındığında pul siyasətini daha da yumuşaltmaq üçün AMB və bütün dünyada digər mərkəzi banklarının hərəkət sahəsini əhəmiyyətli ölçüdə daraldıb", - deyib.
Qeyd edək ki, hazırda Avropa Mərkəzi Bankının faizi mənfi zonadadır, buna baxmayaraq Avro Zonasında insflyasiya 2% hədəfə çatmır.