Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 10:12
Əminəm ki, ötən seçkilərdə olduğu kimi bu seçkilər də demokratik keçəcək.
Sonxeber.net bildirir ki, bunu Trend-ə 16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində seçki prosesini izləyən, "Vətəndaş həmrəyliyi" partiyasından olan müşahidəçi Səhrayə Xankişiyeva deyib.
Onun sözlərinə görə, artıq bir neçə dəfə seçkilərdə müşahidəçi kimi iştirak edib:"Mən hər dəfə seçkilərin şəffaf keçirildiyini müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də belə olacaq. Müşahidə apardığımız vaxt ərzində hələ heç bir qanun pozuntusu görməmişəm. Gələn seçicilərin sənədləri diqqətlə yoxlanılır".
Məntəqədə müşahidə aparan digər müşahidəçi Rəhimə Hacıyeva bildirib ki, seçkilərdə artıq 4-cü dəfədir ki, müşahidəçi kimi iştirak edir. O da indiyədək hələ heç bir qanun pozuntusunun qeydə alınmadığını söyləyib.