Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 13:20
Praqa Şəhər Administrasiyası Rusiyanın Çexiyadakı səfirliyi önündə yerləşən meydanı Boris Nemtsovun şərəfinə adlandıracaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında paytaxtın meri Zdenek Qrjib deyib.
O bununla bağlı səsvermənin fevralın 24-də keçiriləcəyini bildirib.
Qrjibin sözlərinə görə, meydana Nemtsovun adının onun anım günündə verilməsi planlaşdırılır.
Qeyd edək ki, B.Nemtsov 2015-ci il fevralın 27-də Kreml yaxınlığında qətlə yetirilib.