Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 18:54
Biz bir çox seçki məntəqələrində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əlbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir: "Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir".