Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya Parlamentinin Müşahidə Missiyası: ''Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq''

Çexiya Parlamentinin Müşahidə Missiyası: ''Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq''

Tarix: 10 Fevral 2020 10:24

Çexiya Parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Deputatlar Palatasının üzvü Yaroslav Holik bildirib ki, seçkiləri 16 seçki məntəqəsində müşahidə edib:

"Həm namizədlərin siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrin şəklini çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnun qalmışıq".

Y. Holik qeyd edib ki, müşahidə zamanı öz ölkəsindəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müşahidə edib:

"Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici sadəcə adı soyadını bu siyahıda tapıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra ora işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu məni sevindir. Bundan əlavə olaraq, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, o 2-ci dəfə səs verə bilməsin. Öz fəaliyyətim zamanı bunu Kambocada da görmüşdün. Bu çox düzgün addımdır".

Y.Holik nəzərə çatdırıb ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib.

Y. Holik Azərbaycanın Qarabağ problemi ilə bağlı danışıb:
"Bu gün Azərbaycan xalqı ayrılığa düçar olan xalqdır. Məsələn, Dağlıq Qarabağ, Naxçıvan. Bu yaxşı hal deyil".


Etiketlər:  Çexiya Parlamentinin Müşahidə Missiyası Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ