Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq müşahidəçi: ''Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır''

Beynəlxalq müşahidəçi: ''Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır''

Tarix: 10 Fevral 2020 11:57

Bosniya və Hersoqovinadan olan müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Bosniya və Hersoqovina Parlament Nümayəndələr Palatasının üzvü Predra Pojul Azərbaycanda keçirilən parlament seçkilərinin tam demokratik olduğunu bildirib: "Bütün seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlər və yerli müşahidəçilərlə danışdıq. Seçki məntəqələrinin sədrlərinin əksəriyyəti qadın idi. Tam əminliklə deyə bilərəm ki, başqa Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır. Namizədlərin çoxu gənclər idi".

Predra Pojul prosesdə bəzi çatışmazlıqların da olduğunu deyib: "Namizədlər arasında qadınların sayı çox deyildi. Düşünürəm ki, gələcəkdə bu məsələ də həllini tapacaq və xanımların seçkiyə marağı artacaq. Bir neçə məntəqədə müşahidəçilər texniki pozuntuların olması barədə məlumat verdilər. Bu isə seçki nəticələrinə təsir etmir.
Bosniya və Azərbaycan arasında əməkdaşlıq var və bundan sonra da davam edəcək".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.


Etiketlər:  Beynəlxalq müşahidəçi Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ