Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 22:56
Cərrah ginekoloq keysəriyyə əməliyyatı zamanı uşaqlıq qatlarını kəsərkən körpənin üzünü kəsib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hadisə Rusiyanın Kiştım əyalət xəstəxanasında olub. 19 yaşlı ana Darya Kadoçnikova doğuş sancıları ilə həkimə gəlsə də, döıün bətndə çətin yerləşməsini bəhanə gətirərək əməliyyat qərarı veriblər.
Əməliyyatda venadaxili narkoz alan ana doğulan uşağı həmin an görə bilməyib. Yalnız palatada körpəsi gətirilən zaman onun yanağında dərin kəsik çapıq görür. Dəhşətə gələn anaya cərrah etinasızcasına "belə şeylər olur, uşaq çox hərəkət edirdi, sakit durmadı" deyərə cavab verib.
Həyəcandan halı xarab olan ananın qızdırması qalxıb. Qızının üzündə belə dərin kəsiyin gələcəkdə eybəcər iz qoyacağına görə ana hüququn tələb etdiyi çərçivədə həkimi cəzalandırmaq istəyir.
Bildirilir ki, üzündə yara olduğu üçün körpədə də qızdırma baş verib və ona yara infeksiyasına qarşı antibiotik verilib.