Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4-cü dərəcəli xərçəng xəstəsini tam sağaltdılar - Əməliyyatsız

4-cü dərəcəli xərçəng xəstəsini tam sağaltdılar - Əməliyyatsız

Tarix: 10 Fevral 2020 23:46

N.Bloxin adına onkoloji xəstəxanada 4-cü dərəcəli bağırsaq xəstəsi olan kişi pasiyenti tam müalicə etməyə nail olublar.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, 52 yaşlı kişi 2019-cu ilin əvvəlində nəcisdə qan görülməsi şikayəti ilə mərkəzə gəlib. Onda düz bağırsağında metastazlı bədxassəli şiş aşkarlanıb.

Şiş hər iki ağciyər payına çoxsaylı metastaz vermişdi.

Pasiyent Onkoloji xəstəxananın proktoloji bölməsinə yerləşdirir və Zaman Mamedlinin rəhbərliyi altında müalicəyə başlanılır.

Genetik analiz göstərib ki, şişin hüceyrələrində genetik mutasiyalar baş verib. Bu bir qədər həkimlərin proqnozunu məhdudlaşdırsa da, düzgün müalicə üçün preparatlar spektri təyin edilir.

BU diaqnozla əsas müalicə kimyaterapiya ilə stabilləşməyə nail olub, sonra ağciyər və bağırsaqda əməliyyat aparılmasıdır.

Xəstəyə əvvəl tarqet preparatlarla kimyaterapiya olunur, müsbət dinamika əldə edildikdən sonra şüa terapiyası qərarı verilib.

İl ərzində 15 kurs kimya, 2 dəfə şüa terapiyası və dərman müalicəsi alan kişi bütün müalicələrə normal reaksiya verib və 1 ilin tamamında onda xəstəlik geri çəkilib. Belə ki, bağırsaq və ağciyərlərdə olan şiş və metastazlar yoxa çıxıb, yerində toxumada çapıq qalıb.

Şöbənin rəhbəri Hasan Cumabayev bildirib ki, belə bir uğurlu müalicəyə sevinmək olar, amma təəssüf ki, bu nadir hallarda olur. 4-cü dərəcəli bağırsaq şişlərində xəstənin yaşama müddəti maksimum 2,5 il olur.

Əksər xəstələr isə 24-ay sonra ölür. Bu pasiyentdə gedişat fərqli oldu, kimya və şüa terapiyası onun heç bir digər orqanlarına zərər vermədi, bağırsaq və ağciyərləri funksionallığını tam saxladı. İndi ona dəstəkverici kimya və dərmanlar təyin olunur.


Etiketlər:  dərəcəli xərçəng xəstəsini sağaltdılar Əməliyyatsız


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ