Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 08:15
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına deyilir.
Məlumatda bildirilir: "Fevralın 10-u üçün Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən 42638 yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halı haqqında məlumat alıb. Həmçinin hazırda 37626 nəfər xəstədir (7333 nəfərin vəziyyəti ağırdır), 3996 nəfər xəstəxanadan evə buraxılıb və 1016 nəfər ölüb".
Honqkonqda 42 yoluxma halı (onlardan 1-i ölüb), Makaoda 10 yolxuma halı (onlardan biri artıq evə buraxılıb), Tayvanda 18 yoluxma halı (onlardan biri artıq evə buraxılıb) qeydə alınıb.
Hazırda yeni növ koronavirusa yoluxan şəxslərlə ünsiyyətdə olan 187,7 mindən artıq insan nəzarət altında saxlanılır.
Sonra sutka ərzində 2478 yeni yoluxma halı qeydə alınıb, 716 nəfər xəstəxanadan evə buraxılıb, 108 nəfər isə plüb. Vəziyyəti ağır olan xəstələrin sayı 849 nəfər artıb.
02:49
Çinin Hubey əyalətində yeni növ koronavirusdan daha 103 nəfər həlak olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əyalətdə ölənlərin sayı 974 nəfərə çatıb, 2222 nəfər sağalıb.
Bildirilir ki, yeni növ koronavirusa yoluxanların sayı isə 31728 nəfər çatıb.