Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 08:44
"Fianna foyl" müxalif liberal partiyası İrlandiyada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi yekun nəticələrə istinadən xəbər verir.
Məlumata əsasən, "Fianna foyl" partiyası 160 deputat mandatından 38 yer, "Şinn feyn" partiyası 37 yer, hakim "Fine gep" partiyası isə 35 yer alıblar.
Bundan əlavə, "yaşıllar" partiyasına parlamentdə 12, leyboristlərə 6 və sosial-demokratlara 6 yer verilib.
Qeyd edək ki, İrlandiyada növbədənkənar parlament seçkiləri fevralın 8-i keçirilib.